1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank 2022-ci ilin üçüncü rübünün maliyyə hesabatını açıqlayır
26.10.2022

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci ilin üçüncü  rübü üzrə maliyyə nəticələrini açıqlayır. 

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

Aktivləri 1 milyard manatı keçmiş Bank, son rüb ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. AccessBank son rüb ərzində əməliyyat gəlirlərində kəskin artıma nail olub.  

- Bankın aktivləri rüb ərzində 4.8%, ilin əvvəlindən isə 12.9% artıb. Hazırda 1.1 milyard manat təşkil edir.

- Kredit portfeli rüb ərzində 7.4%, ilin əvvəlindən isə 21% artıb. Hazırda 765.4 milyon manat təşkil edir.

- Kredit portfelinin 80%-ni biznesə ayrılmış kreditlər təşkil edir. İl ərzində biznes portfeli 13.6% və ya 73.5 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 34%-i regionların payına düşür. 

- Depozit portfeli rüb ərzində 2.9%, ilin əvvəlindən isə 16.3% artıb. Hazırda 802 milyon manat təşkil edir. 

- Əhalinin müddətli əmanətləri rüb ərzində 1.7%, ilin əvvəlindən isə 20% artıb. Hazırda 555 milyon manat təşkil edir.

- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% artaraq 100 milyon manatı ötüb. Xalis faiz gəlirləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artaraq 57 milyon manata yüksəlib. 

- Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.6% artaraq 8.5 milyon manata çatıb. 

- Xalis əməliyyat mənfəəti dəfələrlə artaraq 13 milyon manata çatıb. Təkcə 3-cü rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 2-ci rübü ilə müqayisədə 76.7% artıb. 

- Yekun xalis mənfəət də il ərzində dəfələrlə artaraq 5.3 milyon manata çatıb. 3-cü rüb ərzində bankın xalis mənfəəti cari ilin 2-ci rübü ilə müqayisədə 3 dəfəyə qədər artıb. 

- Bankın məcmu kapitalı son 1 il ərzində 13.3% və ya 10.3 milyon manata artaraq 87.9 milyon manata çatıb. Bu da AMB-ın tələb etdiyi minimum normadan 37.9 milyon manat artıqdır.

- Bankın likvidlik əmsalı 63.3% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum normadan (30%) 2 dəfə yüksəkdir.

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bank göstəricilərini şərh edərkən bildirdi ki, Bankın əsas məqsədi inkişaf edərək həm daha yüksək nəticələr, həm də daha keyfiyyətli xidmət göstərməkdir: ”Bir il ərzində xalis əməliyyat mənfəətinin kəskin artımı daima üzərimizdə işləməyimizin bəhrəsidir. Biz anlayırıq ki, artan təkcə rəqəmlər deyil, həm də müştəri məmnuniyyəti və rəqabətdir. Bazarda mikromaliyyələşdirmə lideri olmaqla yanaşı, həm də pərakəndə bankçılıq xidmətlərini təkmilləşdirməyimiz  öz nəticəsini artıq göstərir. Məqsədimiz daha çox inkişaf və daha yüksək xidmətdir.”

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment