14 noyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Dünya Bankının nümayəndələri arasında “Maliyyə xidmətləri istehlakçılarının müdafiəsi” (FSMP2) layihəsi çərçivəsində görüş keçirilmişdir.
Görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov, Bank Ombudsmanının məsul katibi Elçin Həsənov, həmçinin, Dünya Bankının müvafiq missiyasının nümayəndələri iştirak etmişdir.
Görüş zamanı bankçılıq sektorunun post-pandemiya şəraitinin icmalı, sektorun inkişafı ilə əlaqədar çağırışlar, Azərbaycanda maliyyə-bank sektorunun cari vəziyyəti, istehlakçı hüquqlarının müdafiəsi, maliyyə savadlılığı, Bank Ombudsmanının fəaliyyəti, görülən işlər və gələcək planlar ətrafında tərəflər arasında geniş müzakirələr aparılmışdır.