1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask-dan daha bir yenilik
06.02.2013

Azərbaycanda ilk dəfə olaraq sığorta hadisələrinin qeydiyyatı online rejimində aparılacaq

Baki, Finance Time. Zərərin tənzimlənməsi hər bir sığorta şirkətnin müştərisi üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də sığorta iddiasının emalını avtomatlaşdırmaq üçün AXA MBASK mütəxəssislərinin hazırladıqları proqram təminatı ilə sığorta ödəmələri ilə bağlı məlumatı daxil etməkdən tutmuş hesabatın tərtibatınadək müştəri ilə aparılan işlərin bütün mərhələlərini on line rejimində bir neçə dəqiqə ərzində başa vurmaq mümkündür.

Bu yenilik sığorta hadisəsinin qeydiyyatı, sığorta hadisəsi haqqında məlumatın (təsviri, şəkillərin yüklənməsi, hadisənin iştirakçıları haqqında) daxil edilməsi, sığorta hadisəsinin həllinə məsul şəxslərin təyini, müştərinin şirkətə gəlişinin hazırlanması kimi hərəkətləri tezləşdirib tənzimləməyə də imkan verir.

Bununla yanaşı, ölkənin bütün regionlarda fəaliyyət göstərən şirkətin qəza komisarları baş verən yol-nəqliyyat hadisəsi barədə sığorta şəhadətnaməsi tərtib edən sığorta agentini və bölgə rəhbərini avtomatik olaraq xəbərdar edirlər. Bundan sonra məsələni nəzarətdə saxlayacaq olan sığorta agenti və bölgə rəhbəri müştərinin sığorta şirkətində nümayəndəsi kimi lazımi sənədləri toplamaq, məsləhətlər vermək və s. işləri görəcəklər.

Onu da qeyd edək ki, şirkət nəğd ödəməni ən qısa zamanda, ləngiməsiz və bürokratik gecikdirmələri yan keçərək həyata keçirir. Bundan əlavə, bölgələrə ödəmələr bank köçürməsi vasitəsilə aparılır, yəni yerli sığortalının və ya zərərçəkənin uzun yol qət edib şirkətin Bakıdakı ərkəzi ofisinə gəlməsinə ehtiyac qalmır.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment