1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Azərbaycanın turizm potensialı Polşada nümayiş etdirilir
28.11.2022

Azərbaycanın turizm imkanlarının və mövcud turizm məhsullarının Polşada tanıdılması məqsədilə 24-26 noyabrda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu “TT Warsaw” Beynəlxalq Səyahət Sərgisi və Dünya Səyahət Şousunda təmsil olunur.

Tədbirdə Azərbaycan nümayəndə heyətini hotel, turagentliklər və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla ümumilikdə 10 tərəfdaş təmsil edir.

Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə edilir, B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir.

Sərginin ilk günü Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova ölkə stendini ziyarət edib, sərgilənən təbliğat materialları ilə tanış olub.

Həmçinin Polşanın “Fly4free”, “Twoj Styl/Bauer”, “Wiadomsci Turystyczne”, “WP.pl”, “RDC Review” kimi aparıcı media platformaları və agentlikləri ilə, eləcə də “Forbes”, “Business Traveller”, “National Geographic Traveler” kimi beynəlxalq nəşrlərin təmsilçiləri ilə görüşlər təşkil olunub.

Media nümayəndələri ilə görüş zamanı Azərbaycanın müxtəlif turizm məhsulları, o cümlədən təbiət, haykinq, xizəksürmə, şərab, milli mətbəx, polyak irsi kimi mövzulardan bəhs olunub. Azərbaycanın dörd turizm marşrutunun xəritəsi nümayiş etdirilib və müxtəlif turizm məhsulları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment