1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“ASAN xidmət” modeli BMT-nin regional simpoziumunda təqdim edilib
06.12.2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Koreya Respublikasının İnçeon şəhərində “Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi və qlobal çağırışların həlli üçün effektiv idarəetmə və rəqəmsal transformasiya” mövzusunda regional simpoziumda iştirak edib. Tədbir BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA) və Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Dövlət Agentliyinin nümayəndəsi "Qlobal çağırışların həlli üçün innovasiyaların təşviqi və rəqəmsal transformasiyanın sürətləndirilməsi" sessiyası çərçivəsində “Effektiv və inklüziv dövlət xidmətlərinin göstərilməsi üçün inteqrasiya edilmiş Rəqəmsal Hökumət Platformasının qurulması” mövzusunda çıxışçı qismində iştirak edib. Dövlət xidmətlərinə şəffaf, səmərəli və bərabər çıxışın təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunması  istiqamətində ölkəmizdə görülən işlər, eyni zamanda “ASAN xidmət” konsepsiyası ilə bağlı geniş təqdimat edilib. Həmçinin “ASAN xidmət”  modelinin xarici ölkələrdə tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 

Tədbir zamanı BMT və bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının rəhbərləri çıxış edib.

“Effektiv İdarəetmə və Rəqəmsal Transformasiya” üzrə regional simpozium UNDESA-nın hər il keçirilən ən mühüm tədbiridir. Tədbir xidmətlərin əlçatanlılığı haqqında məlumatlılığı artırmaq, cari və gələcək tendensiyaları araşdırmaq və BMT-nin üzv dövlətlərinə 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinə nail olmaq istiqamətində öz bacarıqlarını inkişaf etdirməkdə dəstək olmaq üçün yeni yanaşmalar və metodologiyaları təqdim etmək məqsədini daşıyır.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment