|
|
|
Sığorta | | | Sığorta tələbləri üzrə 8,5 milyon manat sığorta ödənişi edilmişdir |
07.02.2013 | |
| |
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi”ndə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 5794 sığorta tələbi qeydiyyata alınmışdır.
İSB-dən AzərTAc-a bildirilmişdir ki, qeydiyyata alınmış sığorta tələblərindən 5373-ü üzrə sığorta ödənişləri həyata keçirilmiş, 34 sığorta tələbi üzrə ödəniş verilməsindən imtina olunmuş, 177 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.
Sığorta tələbləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 8,5 milyon manata yaxın olmuşdur.
www.azertag.com
|
|
|
|