1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kibertəhlükəsiz bayramlar: tətil günləri zamanı biznesin müdafiəsi üçün 5 tövsiyə
30.12.2022

Bayram tətilindən əvvəlki son iş günlərində yalnız ən vacib işləri başa çatdırmaqda deyil, həm də şirkətin kibertəhlükəsizlik baxımından yaxşı qorunduğunu, uzun bir müddət ərzində onu gözdən uzaqda qoymağın mümkün olub-olmadığını yoxlamaqda fayda var. Bunun üçün şirkətin informasiya təhlükəsizliyi qaydalarına əməl etdiyinə və kiberhücumun qarşısını almaq üçün mümkün olan hər şeyin edildiyinə əmin olmalısınız. Kiçik və orta biznes də kibercinayətkarlar üçün olduqca cəlbedici hədəflərdir. Aşağıda kiçik biznes sahibləri üçün kiberhücumun qurbanı olmaq riskini azaltmaq üçün bəzi tövsiyələri görə bilərsiniz.

Vacib məlumatların müntəzəm olaraq ehtiyat nüsxəsini çıxarın

Dəyərli sənədlərə girişi itirmək əsl biznes fəlakətidir. Bu hal, məsələn, fidyə proqramı kiberhücumları nəticəsində baş verə bilər. Bu, bütün əməliyyat sistemini və ya ayrı-ayrı faylları şifrələyən və şifrənin açılması üçün fidyə tələb edən zərərli proqramdır. Ancaq fidyə ödənilsə belə, təcavüzkarların fayllara girişi geri qaytaracağına zəmanət yoxdur. Buna görə də qiymətli sənədlərin ehtiyat nüsxəsini müntəzəm əsasda çıxarmaq lazımdır. Siz həmçinin avtomatik ehtiyat nüsxələmə funksiyası olan qoruma həllindən istifadə edə bilərsiniz.

Cihazları və proqram təminatını yeniləyin

Köhnəlmiş proqram təminatı təcavüzkarların korporativ infrastruktura müdaxilə etməsinə imkan verən çoxlu boşluqlara malik olur. Uzun tətillərdən əvvəl əsas proqramları yoxlamaq və təzə yamaqları quraşdırmaq lazımdır. Xüsusi məhsullardan istifadə etsəniz, vacib proqramların yenilənməsi prosesi daha sürətli gedə bilər.

Şifrələri dəyişdirin

Təcavüzkarların korporativ şəbəkəyə sızmaq üçün şifrə təxmin edən proqramlardan istifadə etməsi geniş yayılıb. Onların işini çətinə salmaq üçün müxtəlif hesablar üçün fərqli, güclü şifrələr yaratmalı və onları mütəmadi olaraq dəyişdirməlisiniz. Şifrə 8 simvoldan ibarət olmalı, rəqəmlər, böyük və kiçik hərflər və xüsusi simvolları ehtiva etməlidir.

Qiymətli məlumatlara girişi yalnız ona həqiqətən ehtiyacı olan işçilərə verin

Kiçik və orta biznes (KOB) rəhbərlərinin yalnız 51%-i hesab edir ki, onların keçmiş işçilərinin şirkətin buludda saxlanılan korporativ məlumatlarına çıxışı yoxdur. Ciddi məlumat sızmasının qarşısını almaq üçün şirkətinizdə bununla bağlı işlərin necə getdiyini yoxlamaqda fayda var. Bu il təşkilatı tərk edən insanların siyahısını tərtib edin və onların hələ də korporativ resurslara çıxışının olub-olmadığını yoxlayın. Vacib məlumatlara və ümumiyyətlə, bütün şirkət məlumatlarına çıxışı olan bütün insanların buna həqiqətən ehtiyacının olub-olmadığını diqqətlə nəzərdən keçirməyi nəzərdən qaçırmayın. Məlumat sızmasın daha çox işçinin həssas məlumatlarla işlədiyi təşkilatlarda rast gəlinir.

İşçilərə bütün bayram təkliflərinə etibar etməməyi xatırladın

Təcavüzkarlar qazanc əldə etmək üçün bayramqabağı qarışıqlıqdan fəal şəkildə istifadə edirlər. Onlar guya sərfəli təkliflərlə poçt göndərişləri yaradırlar, lakin əslində onlar məlumatları və pulu ələ keçirirlər. İşçilərinizin belə tələlərə düşməsinin qarşısını almaq üçün onlara fişinq e-poçtlarını tanımağı öyrədin. Bu cür məktubların ən çox rast gəlinən əlamətləri: iddialı başlıq, yazı səhvləri, şübhəli ünvanlar, şübhəli bağlantılar. Həmçinin işçilərə linkləri klikləməzdən əvvəl onları yoxlamağı və əlavələrin icra edilə bilən formatda olub-olmadığını dəqiqləşdirməyi öyrədin.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment