7 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030028 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli, diskontlu istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 91.7009 (9.1%) manat və 99.9245 (0.0759%) manat olan 46 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8440 (7.75%) manat, orta ölçülmüş qiyməti isə 93.5194 (6.9678%) manat olaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 199,907,400 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 06.02.2024-cü ildir.
Hərrac iştirakçıları 8 fevral 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.