23 fevral 2023-cü il tarixində ticarətə buraxılan Aqrar İnnovasiya və Təchizat Şirkəti ASC-nin AZ1001021828 dövlət qeydiyyat nömrəli, 100,000 (yüz min) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşmışdır.
Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 100,000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100,000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.