7 mart 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030036 ISIN-li, 70 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 27 investor tərəfindən qiymət intervalı 89.3644 (12%) manat və 93.9613 (6.48%) manat olan 64 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.8930 (6.5581%) manat, orta ölçülmüş qiyməti isə 93.9302 (6.5155%) manat olaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 273,953,300 manat, yerləşdirilmiş həcmi isə 70,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 05.03.2024-cü ildir.
Hərrac iştirakçıları 9 mart 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.