14 mart 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040067 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 28 investor tərəfindən qiymət intervalı 83.3171 (14%) manat və 95.3428 (8.8%) manat olan 60 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9982 (9.34%) manat, orta ölçülmüş qiyməti 94.5723 (9.1083%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 142,226,500 manat, yerləşdirilmiş həcmi isə 40,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 10 mart 2026-cı il.
Hərrac iştirakçıları 15 mart 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.