30 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Finca Azərbaycan" QBKT MMC-nin ümumi dəyəri 3 000 000 (üç milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
16 mart 2023-cü il tarixində "Finca Azərbaycan" QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
Ticarətə buraxılma tarixi
|
İllik faiz dərəcəsi
|
Tədavül müddəti
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2005019206
|
Faizli təmin edilməmiş sənədsiz adlı
|
30,000
(ədəd)
|
100 manat
|
16.03.2023
|
12.5 %
|
24 ay
|
Hər 3 aydan bir
(bir ay 30 gün olduğunu qəbul etmək şərti ilə)
|
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.