30 may 2023-cü il tarixində, saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB ASC) səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
“ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
“ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin maliyyə hesabatının təsdiq edilməsi;
2022-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi;
2024-2026-cı illərin maliyyə nəticələrinə görə “ABB” ASC-nin əməkdaşlarının mükafatlandırılması;
“ABB” ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi;
“ABB” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq edilməsi;
Yığıncaq Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda keçiriləcəkdir.