Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2065008685, AZ2066008684, AZ2067008683 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazları üzrə 12 aprel 2023-cü il tarixində növbəti ödəniş aparılmışdır.
Növbəti faiz ödənişi dövründə 3%-lik faiz gəliri 964.67 manat məbləği əsasında hesablanacaqdır.
Bakı Fond Birjasında AZ2065008685, AZ2066008684, AZ2067008683 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 964.67 manat olması nəzərə alınacaqdır.