18 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040091 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 86.4511 (14%) manat və 98.6002 (6.76%) manat olan 64 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7291 (7.24%) manat, orta ölçülmüş qiyməti isə 97.8725 (7.1606%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 137,914,500 manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir.
Hərrac iştirakçıları 19 aprel 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 15 aprel 2025-ci ildir.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.