|
|
|
Fond birjası | | | Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir |
27.04.2023 | |
| |
26 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2072008686 ISIN-li, 70,000,000 manat həcmində, tədavül müddətli 7200 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 70,000,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 19 dekabr 2042-ci ildir.
|
|
|
|