1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb
10.05.2023

2023-cü ilin ilk rübü ərzində “Unibank” KB ASC biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə artaraq, 290 milyon manata çatıb. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, “Unibank”ı seçən biznes sahiblərinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41 %-ə yaxın çoxalıb. 

Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarın hesablaşma kassa əməliyyatları üzrə 14% artım qeydə alınıb. Təkcə korporativ müştəri sayı üzrə artım 38 %-i ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı üzrə artım 37 % olub. 2022-ci ilin birinci rübü ilə müqayisədə, bu ilin ilk rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 70 %-ə çatıb. Biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Bu, onlayn kreditlərin satışında qeydə alınan artımda özünü göstərir. Onlayn kreditlərin satışının artımı məbləğ olaraq 18 %-i ötüb. Ümumilikdə isə korporativ müştərilər üzrə kredit satışında artım 34 %-dən çox olub. Hüquqi şəxs və fərdi sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 15 %-ə yaxınlaşıb. 

Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi yüksəlmə qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 66 % artaraq, 145 milyon manata çatıb. Portfel üzrə verilən mikrokreditlərin sayı 2022-ci ilin birinci rübü ilə müqayisədə 46 %,  müştəri sayı isə 41 % artıb.  Ötən ilin uyğun dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 22 %, məbləğində isə 36 %  artım var. 

“Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, birinci rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi  avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir.  

Unibank- Sənin Bankın!

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment