|
|
|
Fond birjası | | | “Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçirilmişdir |
12.05.2023 | |
| |
11 may 2023-cü il tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, AzFinance İnvestisiya Şirkəti tərəfindən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlarına əyani formada təlim keçirilmişdir. Keçirilən maarifləndirmə görüşlərinin effektivliyinin yüksəldilməsi məqsədilə “Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzularında əyani sertifikatlı təlim keçirilməsi müntəzəmləşdiriləcəkdir.
Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, AzFinance İnvestisiya şirkəti tərəfindən Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlarına kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilmişdir.
|
|
|
|