25 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2092024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 9359.2700 (9.78%) manat və 9395.5822 (9.19%) manat olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,010,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9359.2700 (9.78%) manat, orta ölçülmüş qiyməti isə 9381.1870 (9.42%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 01.02.2024-cü ildir.