PAŞA Sığorta özünün və ailəsinin sağlamlığını düşünənlər üçün könüllü tibbi sığorta üzrə “Bir Təbəssüm” adlı yeni kampaniyasını təqdim edir. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təqdim edilən kampaniyanın şərtlərinə əsasən, “Ailə Dostu” sağlamlıq sığortasının istənilən paketini əldə edən müştərilər övladları üçün xüsusi endirim əldə edəcək.
Belə ki, 25 may – 08 iyun 2023-cü il tarixləri arasında qüvvədə olacaq kampaniya şərtlərinə əsasən, “Ailə Dostu” məhsulunu əldə edəcək yeni müştərilər sığorta olunan hər bir uşağın sığorta haqqı üçün “Vitamin A” paketi üzrə 20%, “Vitamin B” paketi üzrə 30%, “Vitamin C” paketi üzrə 40%, “Multi-Vitamin” paketi üzrə isə tam 50% endirimdən faydalana biləcək.
Məlumat üçün bildirək ki, könüllü tibbi sığorta məhsulu müştərilərə qabaqcıl özəl klinikalarda və tibb müəssisələrində təcili vaksinasiya, fizioterapiya, müalicəvi masaj, stomoloji yardım kimi xüsusi təminatlar və digər tibbi xidmətlərdən yararlanmaq imkanı verir.
“Ailə Dostu” tibbi sığorta məhsulunu əldə etmək üçün https://cutt.ly/Ailedostu linkinə keçid edə və ya *7000 – Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.