1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


TuranBank 31 yaşını qeyd edir!
12.06.2023

31 ildir ki, etibarlı tərəfdaşınız olmaqdan qürur duyuruq!

1992-ci ildə fəaliyyətə başlayan, Azərbaycan bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan TuranBank bu illər ərzində geniş inkişaf yolu keçərək ölkənin ən böyük maliyyə qurumlarından birinə çevrilmişdir. 

Fəaliyyətinin 31-ci ilini qeyd edən Bank bu illər ərzində bir çox uğurlara imza atmış, xüsusilə kiçik və orta sahibkarlara dəstək olmaqla ölkədə özəl sektorun inkişafına öz töhfəsini vermiş, rəqəmsal bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ və təhlükəsiz istifadəsini təmin etmişdir. Fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan TuranBank bu illər ərzində öz maliyyə sabitliyini qoruyub saxlamış, biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini daha da gücləndirmişdir. Həmçinin, 800-ə yaxın əməkdaşı ilə 19 satış nöqtəsində 150 mindən çox əhali və biznes subyektlərini maliyyə xidmət və məhsulları ilə təmin etməklə müştəri bazasını genişləndirməyə müvəffəq olmuş və əldə etdiyi nailiyyətlərə əsaslanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir.

Fəaliyyət göstərdiyi müddətdə Bank rəqəmsallaşmanın imkanlarından daha çox yararlanmağa çalışaraq xidmət səviyyəsini yüksəltmək məqsədilə mühüm dəyişikliklər həyata keçirmiş və hazırda yenilənmiş İnternet bankçılıq sistemi, bir sıra funksionallıqları ilə daha da təkmilləşdirilmiş Mobil tətbiqi ilə müştərilərinə rahat və məsafədən bank xidmətləri göstərməklə hər dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi müştərilərin rəğbətini qazanmışdır. 

TuranBank 31 illik fəaliyyəti ərzində daim real sektora dəstək olmuş, sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını genişləndirərək ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini vermişdir. Ötən illər ərzində  Bank yerli qurumlardan Sahibkarlığın İnkişafı Fondu (SİF), Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), İpoteka Krediti Zəmanət Fondu (İKZF), həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf  Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), EMF Mikromaliyyə Fondu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Incofin İnvestisiya Fondu, Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V fondu ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində əməkdaşlıq edərək ölkənin qeyri-neft sektorunun inkişafına ciddi dəstək olmuşdur.

31 illik fəaliyyəti ərzində sosial məsuliyyət prinsipinə sadiq qalan TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə, özünəməşğulluq proqramı çərçivəsində işsiz şəxslərə, ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazi və şəhidlərimizin ailələrinə dəstək olmuşdur. Eyni zamanda, qeyd edilən istiqamətdə olan işlərin davamı olaraq, "YAŞAT" Fondu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fondu və Qarabağ Dirçəliş Fondu ilə də sıx əməkdaşlıq edilmişdir. Təsadüfi deyil ki, Bank ardıcıl 3 ildir ki, Azərbaycan Banklar Assosiasiyası tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi üzrə mükafata layiq görülür. TuranBank bundan sonra da ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirən qazilərimizin və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcəkdir. 

TuranBank adından 31 il ərzində qazanılmış uğurlarda payı olan hər kəsə dərin təşəkkür edir və həyata keçirdiyi hər bir layihədə müştəri və tərəfdaşlarının keyfiyyət gözləntilərini aşacağına əminliyimizi bildiririk.

Çünki adı güvən, imzası etibar yaradır!  

 

TuranBank

Bizimlə etibarlıdır... 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment