14 iyun və 16 iyun 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün)
|
ISIN
|
Hərrac
tarixi
|
Hərraca çıxarılan məbləğ (manat)
|
Nomi nal
|
Miqdar
|
Notun ödəniş tarixi
|
28
|
AZ2101024704
|
14.06.2023
|
15.000.000
|
10.000
|
1.500
|
12.07.2023
|
84
|
AZ2102024703
|
14.06.2023
|
30.000.000
|
10.000
|
3.000
|
06.09.2023
|
167
|
AZ2103024702
|
16.06.2023
|
35.000.000
|
10.000
|
3.500
|
30.11.2023
|
251
|
AZ2104024701
|
16.06.2023
|
40.000.000
|
10.000
|
4.000
|
22.02.2024
|
Hərracda banklarla yanaşı aşağıdakı meyarlara cavab verən hüquqi şəxslər iştirak edə bilər:
a. Təşkilati-hüquqi forması: kommersiya hüquqi şəxsləri (ASC, QSC, MMC, kooperativlər və s.);
b. Mülkiyyət mənsubiyyəti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın (Meyarlar) 2.2-ci bəndinə uyğun olaraq qeyri-dövlət sektoruna aid olan hüquqi şəxslər;
c. Əsas iqtisadi fəaliyyət sahəsi: “Maliyyə və sığorta fəaliyyəti” göstərməyən, həmçinin Meyarların 2.1-ci bəndinə uyğun olaraq neft-qaz sektoruna aid edilməyən hüquqi şəxslər;
Hərrac zamanı bir iştirakçı tərəfindən təqdim edilə biləcək rəqabətli sifarişin həcminə
məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı sifarişlərin növünə aşağıdakı məhdudiyyətlər tətbiq olunacaqdır:
-Banklar tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər.
-Banklar istisna olmaqla, digər iştirakçılar tərəfindən 1 rəqabətli və 1 qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Banklar istisna olmaqla, digər iştirakçı tərəfindən verilən qeyri-rəqabətli sifarişin məbləği onun rəqabətli sifarişinin məbləğinin 20%-dən artıq olmamalıdır. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin ümümi məbləği hərraca çıxarılmış həcmin 20%-i səviyyəsində limit müəyyən olunmuşdur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.