İstedadlı, amma təcrübəsi olmayan gəncləri düşünərək Yelo Bank onlar üçün peşəkar inkişaf imkanları yaradır. Bu məqsədlə bank sahəsində karyera qurmaq arzusunda olan tələbələr üçün ənənəvi “Yelo Summer Challenge” - yay təcrübə proqramına start verilir! Proqram çərçivəsində iştirakçıları real və peşəkar iş mühitində təcrübə imkanı, innovativ bankçılıqla tanış olmaq, özünü inkişaf etdirmək və ən əsası Yelo Bank-da parlaq karyera başlanğıcı gözləyir. İştirakçılar aşağıdakı istiqamətlər üzrə təcrübə keçəcəklər:
• Maliyyə
• İnsan Kapitalı
• Marketinq
• Müştəri Xidmətləri
• Əməliyyat/istehlak
• Biznes (mikro kreditlər)
• İT, proqramlaşdırma
• Mühasibatlıq
• Kart əməliyyatları
• Hüquqşünaslıq
• Data analitika
Təcrübə proqramına qatılmaq istəyən tələbələr 20 iyun, 2023-cü il tarixinədək qeydiyyatdan keçməli (https://bit.ly/ylknwty) və Yelo loqosu daşıyan hər hansısa bir əşya, fon və s. ilə fotoşəkil çəkib, jobs@yelo.az ünvanına “Summer Challenge 2023” mövzusu ilə göndərməlidirlər. Qeyd edək ki, yalnız həm şəkil, həm də qeydiyyatdan keçmiş namizədlər nəzərdən keçiriləcəkdir.
Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Proqrama qoşularaq karyera imkanlarından faydalana və Yelo komandasının üzvü ola bilərsiniz.
Digital kart haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. Yelo Bank AR Mərkəzi Bankının 203 saylı lisenziyası əsasında 25.02.1994-cü ildən 17 filial və 1 özünəxidmət mərkəzi ilə müştərilərin xidmətindədir. Ünvan: Həsən bəy Zərdabi pr. 81 K, Tel: 981
Yelo Bank – Parlaq bankçılıq!