Bakı Fond Birjası 13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyasının, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” mövzusunda keçirilən iki günlük “Fintex Summit 2023” adlı Sammitdə iştirak etmişdir.
Sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.
Qeyd edək ki, Bakı Fond Birjası və Azərbaycan Banklar Assosiasiyası arasında müntəzəm əməkdaşlıq çərçivəsində maliyyə sahəsindəki innovasiyaların gələcəyi, rəqəmsallaşma, bank və maliyyə sistemində yeni trendlər yönümlü tədbirlərdə iştirak etməkdə maraqlıdır.