20 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040158 ISIN-li, 60 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.9250 (9.99%) manat və 98.0365 (7.07%) manat olan 51 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9283 (8.25%) manat, orta ölçülmüş qiyməti isə 96.7333 (7.7955%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 209,336,100 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilmişdir.
Hərrac iştirakçıları 21 iyun 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 17 iyun 2025-ci ildir.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.