22 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2108024707 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,396.8182 (9.17%) manat və 9,450.9026 (8.3%) manat olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,330,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,401.1469 (9.1%) manat, orta ölçülmüş qiyməti isə 9,416.8602 (8.85%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 29.02.2024-cü ildir.