PAŞA Sığorta müştərilərini düşünərək daha əla bir fürsətlə qarşınızdadır. Belə ki, yeni təklifə əsasən, Optimal KASKO sığortası əldə edən fərdi müştərilər, artıq premium paket əldə etmədən sığorta haqqını 10 aya qədər hissəvi ödəmə imkanı əldə edəcəklər. Bu Optimal təklifdən bütün müştərilər yararlana bilər.
Hazırda Optimal KASKO məhsulunun 4 paketi mövcuddur: OK 250, OK 500, OK 900, OK 1900. Məhsulun hər hansısa paketini əldə edən müştərilər müvafiq olaraq 2000 AZN, 5000 AZN, 10000 AZN VƏ 20000 AZN məbləğində sığorta təminatı əldə edəcək. Optimal KASKO məhsulu avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilinizi təminat altına alır. Məhsul həm də müştərilərə rəsmi və ya qeyri-rəsmi servisdə təmir imkanı da təqdim edir.
Optimal KASKO məhsulunu əldə etmək, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/Swtl0Iro keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram ( PAŞA Sığorta (@pasha_insurance) | Instagram ) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.