4 iyul 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
Hərrac tarixi
|
İllik faiz dərəcəsi
|
Ödəmə periodu
|
Tədavül
müddəti
|
AZ2014022282
|
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
|
2500
(ədəd)
|
1,000 manat
|
06.07.2023
|
13 %
|
90 gündən bir
|
24 ay
|
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.