5 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında "BOA Agency" ASC-nin AZ1001025407 dövlət qeydiyyat nömrəli 86 000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.
Abunə yazılışı zamanı anderrayterə 2 investor tərəfindən 1 manat qiymətindən 2 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 86 000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 86 000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.