6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “GL” ASC-nin ümumi dəyəri 1,500,000 (bir milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
13 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 1,500,000 (bir milyon beş yüz min) ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
Hərrac tarixi
|
İllik faiz dərəcəsi
|
Ödəmə periodu
|
Tədavül
müddəti
|
AZ2010020280
|
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
|
1500
(ədəd)
|
1,000 ABŞ dolları
|
13.07.2023
|
15 %
|
Hər ayda bir dəfə
|
5 il
|
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.