10 iyul 2023-cü il tarixində Sosial Tədqiqatlar Mərkəzi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatşılığı ilə “Bank mübahisələrinin uğurlu həll yolları” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktorları Toğrul Əliyev və Ziya Əliyev, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Zakir Nuriyev çıxış etmişdir
Konfransda çıxış edən Zakir Nuriyev bildirib ki, Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelinə nisbəti beynəlxalq standartların tələb etdiyi faiz dərəcəsindən aşağıdır: “Banklarımız artıq cavabdehlər ilə aralarında olan kommersiya mübahisələrini məhkəmədən kənar qaydada mediasiyanın köməyi ilə həll etməsində birbaşa maraqlıdırlar. Bildiyim qədəri ilə hazırda respublika üzrə 300-ə yaxın mediator var. Bizim üçün əsas məsələ bu sahədə peşəkar, zəruri biliklərə və təcrübəyə malik olan mediatorların hazırlanması, onların xidmətlərindən istifadə etməklə tərəflər arasında barışığa nail olmaq, bankların daha çox problemli kreditləri geri qaytararaq, bankların real sektoru daha da aktiv maliyyələşdirməklə iqtisadiyyatın inkişafına əvəzedilməz töhfə verməsidir.”