|
|
|
Fond birjası | | | Bakı Fond Birjası Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkil etdiyi təlimdə iştirak etmişdir |
14.07.2023 | |
| |
12 iyul 2023-cü il tarixində Bakı Fond Birjası Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması” mövzusunda təlimdə iştirak etmişdir.
20-yə qədər özəl şirkət nümayəndələrinin iştirak etdiyi praktiki təlimdə BMT-nin Qadınlar Təşkilatı və BMTİP-nin ekspertləri Azərbaycanda özəl şirkətlər tərəfindən daha çox qəbul edilən 2-ci - qadınlar və kişilər üçün işdə bərabər imkanlar, inklüzivlik və ayrı-seçkiliyin olmaması, 3-cü - sağlamlıq, təhlükəsizlik və zorakılıqdan azad iş mühiti, 5 - təchizat zənciri və marketinq təcrübələri və 6 - icma təşəbbüsləri və marketinq prinsiplər haqqında geniş nəzəri məlumatlar verərək və mövcud dünya təcrübəsindən nümunələr paylaşıblar.
BMT-nin daha bir təşəbbüsü olan Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması” Layihəsi çərçivəsində Azərbaycanda təbliğ olunur. Layihə BMT-nin İnkişaf Proqramı tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində indiyədək Azərbaycanda 20 özəl şirkət Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərini qəbul edib.
|
|
|
|