19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2117024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9934.3233 (8.5%) manat və 9950.0838 (6.45%) manat olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 65,410,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9946.0812 (6.97%) manat və orta ölçülmüş qiyməti 9946.7768 (6.88%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 16.08.2023-cü ildir.