20 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2118024705 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9761.5260 (10.47%) manat və 9805.7400 (8.49%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60,240,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9783.1406 (9.5%) manat və orta ölçülmüş qiyməti isə 9796.9186 (8.88%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 12.10.2023-cü ildir.