1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçilərinin iştirakı ilə “Miqrasiya Məktəbi”nin 5-ci bur
20.07.2023

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçilərinin iştirakı ilə “Miqrasiya Məktəbi”nin 5-ci buraxılış mərasimi keçirilib

18 iyul tarixində Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümanyəndəliyinin təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (RTCM) təşəbbüsü çərçivəsində “Miqrasiya Məktəbi - 5”in buraxılış mərasimi keçirilib. Layihə çərçivəsində təlimlər dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor və qeyri-hökumət təşkilatlarının ekspertləri tərəfindən aparılır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yeni məzunların nəticələrini yüksək qiymətləndirərək, təlimlərdə diqqət yetirilən miqrasiyanın müxtəlif aspektlərinin, o cümlədən sosial, iqtisadi, humanitar və hüquqi məsələlərin əhəmiyyətini vurğuladı. Vüsal Hüseynov bu cür təlimlərin nəticələrinin Azərbaycanda “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın səmərəli həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Qlobal Pakt miqrasiyanın idarə edilməsini təkmilləşdirmək, bugünkü miqrasiya ilə bağlı problemləri həll etmək, miqrantların və miqrasiyanın dayanıqlı inkişafa töhfəsini gücləndirmək üçün miqrasiya üzrə ilk hökumətlərarası danışıqlar yolu ilə hazırlanmış sazişdir.

BMqT nümayəndəsi Amr Taha təmsil etdiyi təşkilatın bu mühüm təşəbbüsün tərəfdaşı olduğuna görə təşəkkürünü bildirdi. O, daha sonra məzunları təbrik edərək, Miqrasiya üzrə Çempion ölkə olan Azərbaycanda bu sahədə çoxlu imkanların olduğunu qeyd edib. 

Amr Taha miqrasiyanın 2030-cu ilin Dayanıqlı İnkişaf Məqsədlərində də qəbul edildiyi kimi, yaxşı idarə edildikdə, davamlı inkişafa necə töhfə verdiyinə dair bəzi nümunələri bölüşdü. О, fikrinin sübutu kimi   Ümumdünya Miqrasiya Hesabatından “Dünya əhalisinin 3,6 faizini təşkil edən beynəlxalq miqrantların qlobal Ümumi Daxili Məhsulda payının 9 faiz təşkil edir” sitatını misal gətirdi. 

Mərasim məzunlara sertifikatların təqdim edilməsi ilə yekunlaşdı.

Miqrasiya üzrə Regional Təlim Mərkəzi 2018-ci ildə BMqT-nin texniki və maliyyə dəstəyi ilə Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə yaradılmış, məqsədi Azərbaycanda, qonşu MDB ölkələrində və onun hüdudlarından kənarda miqrasiya idarəçiliyi üzrə bilikləri artırmaqdır. O, həmçinin regionda hökumətlər və maraqlı tərəflər arasında siyasət dialoq, tədqiqatlar üzrə bilik mübadiləsi platforması kimi xidmət edir.

Miqrasiya üzrə Regional Təlim Mərkəzi BMqT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment