26 iyul 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINOKO” BOKT ASC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
2 avqust 2023-cü ildə “FINOKO” BOKT ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
|
Səhmlərin növü və forması
|
Səhmlərin sayı
|
Nominal Dəyəri
|
Yerləşdirmə forması
|
Yerləşdirmə tarixi
|
Anderrayter
|
AZ1001019467
|
Adi adlı sənədsiz səhm
|
50.000
(ədəd)
|
10
manat
|
Abunə yazılışı üsulu
|
02.08.2023
|
“AzFinance İnvestisiya Şirkəti” QSC
|