1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Uqandada “ASAN xidmət” konsepsiyası əsasında ilk mərkəz açılıb
31.07.2023

Uqanda Respublikasının Hoima şəhərində  “ASAN xidmət” modeli əsasında  fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzinin açılışı baş tutub.  Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa və digər qonaqlar iştirak ediblər.

Azərbaycan və Uqanda bayraqlarının ucaldıldığı tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Uqandalı nazir  Azərbaycan Prezidenti və Dövlət Agentliyinə ölkəsində xidmət mərkəzlərinin yaradılmasına verdiyi dəstəyə görə təşəkkür edib. Eyni zamanda “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək yeni xidmət mərkəzinin Afrikada yerləşən digər ölkələrə də nümunə olacağını qeyd edib. 

Ülvi Mehdiyev bu əlamətdar hadisə münasibətilə Uqanda tərəfinə təbriklərini çatdırıb və bundan sonra da “ASAN xidmət”in  dövlət xidmətlərinin təkmilləşdirilməsində dəstəyini ifadə edib. 

Ardınca Mərkəzin inzibati binasının qarşısında xatirə lövhəsi yerləşdirilib və burada fəaliyyət göstərəcək xidmətlərlə tanışlıq baş tutub.

Uqandanın ilk regional xidmət mərkəzi olan Dövlət Xidmətləri Mərkəzində  14 dövlət qurumunun 30-dan çox xidməti həyata keçiriləcək. 

Tədbir çərçivəsində uqandalı nazirə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı da təqdim edilib. 

Dövlət Agentliyinin nümayəndə heyəti səfər çərçivəsində bu ölkənin Prezidenti Yoveri Kaquta Museveni tərəfindən qəbul edilib, həmçinin bir sıra nazirliklərdə, qurumlarda işgüzar görüşlər keçirib. Görüşlərdə hər iki ölkə arasındakı münasibətlərin dərinləşdirlməsi, müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf istiqamətində müzakirələr aparılıb.

21 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumun məqsədi Uqanda Respublikasında dövlət xidmətlərinin göstərilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmə bacarıqlarının artırılmasıdır.

Hazırda Dövlət Agentliyi tərəfindən "ASAN xidmət" təcrübəsinin paylaşılması istiqamətində 20 dən çox ölkə ilə əməkdaşlıq davam edir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment