|
|
|
Fond birjası | | | "Qırğız Fond Birjası” QSC-nin dəvəti ilə “Bakı Fond Birjası” QSC tərəfindən Azərbaycan Respublikasının kapital bazarlarının imkanlarının təqdimatı |
01.08.2023 | |
| |
Qırğız Fond Birjası” QSC-nin dəvəti ilə 28 iyul 2023-cü il tarixində Bişkek şəhərində Azərbaycan Respublikasının kapital bazarlarının imkanlarının təqdimatı keçirilmişdir. Qırğızıstan tərəfindən iştirak edən “Qırğız Fond Birjası” QSC, dövlətin səlahiyyətli orqanları və peşəkar birja iştirakçıları üçün bu təqdimatı “Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti Sədrinin v.m.i.e. Eldar Abdullayev keçirdi. Görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, ölkəmizdə kapital bazarının cari vəziyyəti və inkişaf mərhələsinin öyrənilməsi, ilkin və təkrar bazarlar üzrə perspektiv, regional kapital bazarlarının inkişafı üçün sahələrin müəyyən edilməsi üzrə ətraflı müzakirələr aparılmışdır və Azərbaycan Respublikasının kapital bazarlarının unikal imkanları barədə ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, iki ölkənin kapital bazarlarının imkanlarına dair müzakirələr zamanı iştirakçılar Azərbaycan Respublikasının fond bazarının inkişaf səviyyəsini yüksək qiymətləndirmişdirlər və həmçinin Bakı Fond Birjasının təcrübəsini mənimsəmək arzusunu ifadə etmişdirlər.
|
|
|
|