1 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030069 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 92.1857 (8.5233%) manat və 94.4752 (5.8801%) manat olan 23 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.5088 (6.98%) manat, orta ölçülmüş qiyməti isə 93.9258 (6.5026%) manat olaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 143,487,200 manat, yerləşdirilmiş həcmi isə 75,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 30.07.2024-cü ildir.
Hərrac iştirakçıları 2 avqust 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.