2 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2125024706 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 9,936.6264 (8.2%) manat və 9,948.2376 (6.69%) manat olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81,700,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,947.5433 (6.78%) manat və orta ölçülmüş qiyməti 9,947.6300 (6.77%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 30.08.2023-cü ildir.