2 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında “FINOKO” BOKT ASC-nin AZ1001019467 dövlət qeydiyyat nömrəli 500,000 (beş yüz min) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.
Abunə yazılışı zamanı anderrayterə 2 investor tərəfindən 10 manat qiymətindən 2 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.