1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Tanzaniya “ASAN xidmət” təcrübəsini tətbiq edəcək
08.08.2023

3-5 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tanzaniya Birləşmiş Respublikasına səfər edib.

Səfər çərçivəsində Tanzaniyanın informasiya, kommunikasiya və informasiya texnologiyaları naziri Nape Nnauye, həmçinin Prezident Ofisinin dövlət xidmətləri və qabaqcıl idarəetmə üzrə naziri Corc Simbaçavene ilə görüşlər baş tutub. 

Tanzaniyanın informasiya, kommunikasiya və informasiya texnologiyaları naziri ilə görüşdə Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət”in fəaliyyəti zamanı tətbiq olunan rəqəmsal həllər, dövlət xidmətlərinin göstərilməsi, startaplara dəstək və sosial innovasiyalar sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.

Tanzaniyalı nazir unikal bir model kimi “ASAN xidmət”in fəaliyyətindəki müasir texnologiyaların və innovativ həllərin ölkəsində tətbiqində maraqlı olduqlarını bildirib. Həmçinin o, Dövlət Agentliyi ilə sözügedən istiqamətlər üzrə Anlaşma Memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib və bu barədə ilkin razılıq əldə olunub.

Tanzaniya Prezident Ofisinin dövlət xidmətləri və qabaqcıl idarəetmə üzrə naziri ilə görüşdə qarşı tərəf Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonun cari ilin mart ayında Azərbaycana səfərini və bu çərçivədə “ASAN xidmət” ilə tanışlığını məmnunluqla qeyd edib. Həmçinin Dövlət Agentliyinin nümayəndə heyətinin Tanzaniyaya səfərinin xüsusi önəm kəsb etdiyini bildirib.  

Görüş çərçivəsində “ASAN xidmət”in və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri üzrə geniş təqdimatlar edilib və müzakirələr aparılıb.  Qeyd olunan istiqamətlər üzrə ölkəmizin təcrübəsinin öyrənilməsi məqsədilə Tanzaniya nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil olunması ilə əlaqədar razılıq əldə olunub. Sözügedən görüşdə Tanzaniya Birləşmiş Respublikasının Prezident Ofisinin müxtəlif şöbələrinin rəhbərləri  və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər.

Tanzaniyada  baş tutan görüşlərdə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov da iştirak edib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment