|
|
|
Sığorta | | | ARDNŞ və «Xalq Sığorta» sığorta müqaviləsi bağlayıb |
22.02.2013 | |
| |
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi fəaliyyət sahələri üzrə istehsal etdiyi məhsulların və göstərdiyi xidmətlərin çatışmazlığı və ya kafi olmayan məlumat verməsi səbəbi ilə üçüncü şəxsin ölümü, səhhətinə və ya əmlakına zərərin vurulmasına görə zərərin əvəzinin ödənməsi öhdəliyi üzrə ikinci dəfə mülki məsuliyyətin sığortasını həyata keçirib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bağlanmış müqaviləyə əsasən, sığortaçı - «Xalq Sığorta» ASC üçüncü şəxsin həyatına, sağlamlığına və əmlakına dəyən itki və ziyana görə Ekologiya İdarəsinin üçüncü şəxs qarşısında maddi zərərə görə məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə Azərbaycan qanunvericiliyinə müvafiq olaraq təminat verib.
www.apa.az
|
|
|
|