10 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2131024708 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9794.3193 (9%) manat və 9828.0143 (7.5%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27,970,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9819.453 (7.88%) manat və orta ölçülmüş qiyməti isə 9821.9081 (7.77%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 02.11.2023-cü ildir.