15 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040208 ISIN-li, 80 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 30 investor tərəfindən qiymət intervalı 84.92800 (15%) manat və 96.7300 (7.7974%) manat olan 64 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9284 (8.2499%) manat, orta ölçülmüş qiyməti isə 96.2802 (8.0507%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 345,305,400 manat, yerləşdirilmiş həcmi isə 120,000,000 manat təşkil edilmişdir.
Hərrac iştirakçıları 16 avqust 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 12 avqust 2025-ci ildir.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.