16 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2135024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,930.600 (8.99%) manat və 9,942.1588 (7.48%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,130,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,934.3231 (8.5%) manat və orta ölçülmüş qiyməti 9,937.7312 (8.06%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 13.09.2023-cü ildir.