17 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2136024703 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,798.8003 (8.8%) manat və 9,821.2532 (7.8%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21,350,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,798.8003 (8.8%) manat və orta ölçülmüş qiyməti isə 9,804.1269 (8.56%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 09.11.2023-cü ildir.