24 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2143024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 7 nvestor tərəfindən qiymət intervalı 9,376.4651 (9.5%) manat və 9,398.1000 (9.15%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37,230,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,394.9643 (9.2%) manat, orta ölçülmüş qiyməti isə 9,396.3386 (9.18%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 02.05.2024-cü ildir.