1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank-da aktiv gənclərlə görüş keçirildi
25.08.2023

Yelo Bank hər zaman gənclərə yönümlü layihələri ilə seçilir. Bu dəfə Bank-da “Media savadlılığında QHT-lərin rolu” layihəsinin növbəti görüşü keçirilib. Müxtəlif universitetlərdən 50-yə yaxın aktiv tələbə və məzunlar Yelo Bank-la tanışlıq üçün Baş ofisdə qonaq oldular. Əvvəlcə info-tur çərçivəsində Baş ofisin müasir interyeri və əməkdaşlar üçün yaradılmış imkanlardan geniş bəhs edildi. Tədbirin əsas məqamı Bank rəhbərliyi ilə görüş oldu. Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova gəncləri salamlayaraq Yelo Bank haqqında geniş məlumat verdi. O, həmçinin öz karyera və təhsil təcrübələrini bölüşərək, gənclərə çox dəyərli tövsiyələr etdi. İnsan Kapitalı və İctimaiyyətlə Əlaqələr üzrə rəhbər heyət də Yelo Bank-da keçirilmiş və gözlənilən layihələrdən ətraflı bəhs etdilər. GSİİYİB-in sədri Əfsələddin Ağalarov verilən dəstəyə görə Yelo Bank rəhbərliyinə göstərilən diqqətə görə, gənclər adından təşəkkürünü bildirdi. Sonda iştirakçıların sualları cavablandırıldı və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilərək xatirə fotosu çəkdirildi. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Yelo Bank istedadlı gənclərin karyera dəstəkçisi olmaq siyasətinə hər zaman sadiqdir və gələcəkdə daha çox tələbə üçün Bankda "açıq qapı" və karyera günləri təşkil ediləcək.

Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 

Yelo Bank – Parlaq bankçılıq!


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment