|
|
|
Sığorta | | | Ölkədə ilk Sığorta Festivalı çərçivəsində növbəti tədbir İsmayıllıda keçirilib |
31.08.2023 | |
| |
“Həyat sığorta ilə rahat” devizi ilə keçirilən festival Qubadan sonra 30 avqust tarixdə İsmayıllıda Heydər Əliyev mərkəzinin qarşısında baş tutub. Tədbir ərzində müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Festivalda sığorta şirkətləri iştirak ediblər və tədbirin gedişində iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı yaradılıb.
Festivalın növbəti tədbiri 31 avqust tarixində saat 18:00-dan 21:00-dək Şəki şəhəri Bəxtiyar Vahabzadə Parkında baş tutacaq.
Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.
|
|
|
|